A review by rashadmuhammedzadeh
Nations and Nationalism since 1780: Programme, Myth, Reality by Eric Hobsbawm

4.0

Əsər marksist yazıçının baxışı ilə "millət" anlayışı və milliyyətçiliyin tarixi inkişafına işıq tutur. Hadisələr xronoloji ardıcıllıqla sistemli şəkildə verilmək əvəzinə, fransız inqilabından sonrakı tarix müxtəlif dövrlərə (1789-1830; 1830-1880; 1880-1918; 1918-1950 və XX əsrin sonu) bölünərək milliyyətçiliyin inkişaf mərhələləri analiz edilir.

Yazıçı B.Anderson və E.Gellner-in millətin sonradan yaranmış məfhum olduğu fikrini qəbul edir və kitab boyunca əsaslandırır. İlk dövrdən indiyə qədər "millət" fikrinin necə dəyişikliyə uğradığı göstərilməklə bərabər, gələcəkdə milliyyətçiliyin hansı rol oynayacağı təhlil edilir.

Ümumilikdə, bəzi yerlərdə çox ümumiləşdirici yanaşmaları istisna olmaqla, bugünkü siyasi həyatda da aktual olan bir fenomenin tarixinə yeni bir baxış gətirməsi baxımından əhəmiyyətli bir kitabdır.